Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Koronavirusa görə bölgədə “rekordçu”yuq” - Erməni ekspert

“Koronavirusa görə bölgədə “rekordçu”yuq” - Erməni ekspert
Ermənistan bölgədə bir milyon insana düşən koronavirusa yoluxma sayına görə “rekordçu”dur.

Yenixeber.org: Bu barədə "Razminfo" hərbi saytının koordinatoru, hərbi ekspert Karen Vrtanesyan öz “Facebook” səhifəsində yazıb.
O, xatırladıb ki, Ermənistanda son sutkada 372 yeni yoluxma qeydə alınıb, 35 nəfər sağalıb, deməli, aktiv hallar bir gündə 325 nəfər təşkil edir.

“Bir neçə gün əvvəl qürurla elan edildi ki, xəstəxanaların birində 102 yeni yer istifadəyə verilib. Gördüyünüz kimi, bir gündə qeydə alınan yeni infeksiyaların sayı həmin yerlərdən 3 dəfədən çoxdur.

Ümumiyyətlə, hər milyon nəfərə görə Rusiya, Türkiyə, İran, Azərbaycan və Gürcüstanı keçərək bölgədə koronavirus hallarının sayında "rekordçu" olduq.

1. Ermənistan 2.498
2. Rusiya 2.833
3. Türkiyə 1.884
4. İran 1.663
5. Azərbaycan 435
6. Gürcüstan 183

Bu göstərici baxımından Gürcüstanı 13,5 dəfə üstələyirik", - deyə erməni ekspert yazıb.

Onun sözlərinə görə, statistik dəyişmələrdən asılı olmayaraq, Gürcüstanla müqayisədə onsuz da böyük fərq var.

"Ən vacib məsələni unutdum: Ermənistanda bir gündə 12 yoluxmuş xəstə öldü. Gürcüstanda bütün epidemiya zamanı yeni sayda insan ölüb".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam