Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Albaniya Prezidenti: "Azərbaycanla münasibətlərin bütün sahələrdə daha da gücləndirilməsində qətiyyətliyəm"

Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Yenixeber.org: Məktubda deyilir:

"Hörmətli сənab Prezident.

İcazə verin Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost xalqınıza Albaniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırım.

Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhtəşəm dostluq münasibətlərinə ən dərin ehtiramımı bildirir, bu münasibətlərin dərinləşməsi və möhkəmlənməsinə verdiyiniz dəstəyə görə Sizə təşəkkürümü ifadə edirəm.

Enerji sahəsindəki çox sıx əməkdaşlığımız, xüsusilə də TAP layihəsinin həyata keçirilməsində əldə edilən böyük irəliləyiş ölkələrimiz arasında yeni əməkdaşlıq layihələri üçün geniş perspektivlər açmışdır.

Sizi əmin edirəm ki, ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə daha da gücləndirilməsində qətiyyətliyəm.

Bütün dünyanın, eləcə də bizim ölkələrimizin COVID-19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda arzu edirəm ki, hamımız birgə səylərlə, müdrikcəsinə bu vəziyyətin öhdəsindən gələk, tezliklə gündəlik normal həyata qayıdaq və hər birimiz üçün daha yaxşı gələcəyə sahib olaq.

Sizi tezliklə, ən uyğun zamanda Albaniyada görmək arzumu bir daha bildirirəm.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq diləyirəm.

Bir daha ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam