Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Malta prezidenti İlham Əliyevə məktub göndərib

Malta prezidenti İlham Əliyevə məktub göndərib
Malta Respublikasının Prezidenti Mari-Luiz Koleyro Preka Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Yenixeber.org: Məktubda deyilir: " Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan, həmçinin Malta xalqı adından səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

2016-cı ildə Bakıya səfərimi və səfər çərçivəsində aparılmış konstruktiv müzakirələri xoş təəssüratlarla xatırlayıram. Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin mövcud olduğunu vurğulayır və bunu alqışlayıram. Ümid edirəm ki, xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, həmçinin təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi üçün il ərzində imkanlar yaranacaqdır.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ölkənizə daimi firavanlıq arzulayıram. Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam