Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vaşinqtonda-Azərbaycan Milli Günü elan edildi

Vaşinqtonda Azərbaycan Milli Günü elan edildi
ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci illiyi ilə əlaqədar bəyannamə imzalayıb.
Yenixeber.org: Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulduğu bildirilir.

Azərbaycan Demokratik Respublikasının qadınlara seçki və bərabər seçki hüquqlarını təmin edildiyi və bütün vətəndaşlarına irqindən, cinsindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bərabər hüquqların tanındığı qeyd olunur.

Daha sonra Azərbaycanın 1922-ci ildə sovet birliyinə daxil edildiyi və 60 ildən çox müddət sonra yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi yazılır. Elə o vaxtdan Azərbaycan müstəqilliyini möhkəmləndirib və aABŞ-ın etibarlı müttəfiq və strateji tərəfdaşına çevrilib.

Mer Bouzer imzaladığı bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirir.

Qeyd edək ki, Vaşinqton meri tərəfindən hər il 28 may tarixində Bəyannamə imzalaması artıq ənənəyə çevrilib.



Azvision.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam