Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ləğv olunan bankların -kreditorlarına müraciət edildi

Ləğv olunan bankların kreditorlarına müraciət edildi
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin kreditorlarına müraciət edib.
Yenixeber.org: ADIF-dən bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarı ilə “Ata Bank” ASC və “Amrah Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Ata Bank” ASC-nin və “Amrah Bank” ASC-nin ləğvedicisi təyin olunub.

Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “Ata Bank” ASC-nin və “Amrah Bank” ASC-nin kreditorlardan iyulun 1-dək kreditor tələbinin qeydiyyata alınması üçün qeyd edilən ünvana müraciət etmələri xahiş olunur:

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Ata Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00; “qaynar xətt” – 136.

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrah Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.

Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapital Bank” ASC vasitəsilə ödənilməsi barədə məlumat verilib. Kompensasiyaların ödənişi ilə bağlı “Kapital Bank” ASC-nin müvafiq filialları barədə əlavə məlumat veriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam