Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyədə-4 günlük komendant saatı tətbiq edildi

 

 

Türkiyənin 31 əyalətində koronavirus pandemiyası ilə əlaqədar komendant saatı tətbiq olunub.

Yenixeber.org: Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

O, qeyd edib ki, komendant saatı mayın 16-dan 19-dək davam edəcək. 

"16, 17, 18 və 19 mayda evdən küçəyə çıxmaq yenidən qadağan olunacaq” - Türkiyə lideri vurğulayıb.

“Bundan başqa, doqquz əyalətə - Adana, Denizli, Diyarbəkir, Qəhrəmanmaraş, Mardin, Ordu, Tekirdağ, Trabzon və Şanlıurfaya giriş və çıxış qadağası götürülür", - Ərdoğan deyib.

Son məlumatlara görə, Türkiyədə koronavirusdan ölənlərin sayı 3 786 nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə 138 657 nəfər yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam