Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyanın "Amazon"-u... - Kreml "Yandex"-dən ehtiyatlanmağa başlayıb

“The Financial Times” qəzeti Rusiyada "Yandex" şirkətinin pandemiya dövründəki fəaliyyətindəyazıb. İndi Moskvanın qadağalarla dolu həyatında bu şirkətə məxsus sarı jiletli kuryerlərə tez-tez rast gəlinir.

Yenixeber.org: Martdan bəri "Yandex" istifadəçilərinin sayı 75 faiz artıb, rusiyalılar ondan axtarış, bloq qurmaq, video platformalar üçün istifadə edirlər.

"Yandex"-in indiyədək məşğul olduğu iki əsas biznes sahəsinə – onlayn reklam və takti xidmətinə dəyən ziyanı şirkət indi digər biznes sahələrini sınaqdan keçirməklə kompensasiya etməyə çalışır. Şirkət rəhbəri Greg Abovskiqəzetə müsahibəsində deyib.

"Yandex" çox vaxt Rusiyanın "Google" axtarış mühərriki adlanır. Amma son illər "Yandex" taksi biznesində "Uber"-lə rəqabətə girişmişdi. Bundan başqa şirkət 1 milyard dollarlıq elektron ticarət saytı yaradıb, bu portalı “Rusiyanın Amazonu” adlandıranlar olub, "Alexa" tipli virtual, "Alisa" adlı assistenti də var. "Yandex" hələ özünün video striminq platforması olan Kinopoisk də yaradıb. “Qadağalar yumşaldılan kimi "Yandex"-in artım səviyyəsi sürətlənəcək. İstifadəçilər rəqəmsal xidmətlərə daha sürətlə adaptasiya olacaqlar”, – "Aton"-un təhlilçisi Viktor Dima deyib.

 

 

Abovski isə qəzetə deyib ki, pandemiya "Yandex"-in genişlənməylə bağlı bəzi planlarını tamamilə arxa plana keçirsə də, bəzilərinə yol açıb. Məsələn, şirkətin çatdırılması xidməti Moskvada 20 min restoranı əhatələyir. "Lavka" adlı yeni ərzaq çatdırma xidməti də yaradıb.

Şirkət populyar xəritələr tətbiqində “özünütəcrid indeksi”ni də işə salıb. Bu tətbiq istehlakçıların məlumatı əsasında müəyyən vaxtda küçələrdə nə qədər insan olduğunu, supermarketlərdə növbələrin uzunluğunu göstərir.

Qəzet yazır ki, "Yandex"-in "Amazon" kimi təcrid dövründə ictimai xidmət göstərməyə başlaması onun Rusiya dövləti ilə mürəkkəb münasibətini bir daha gündəmə gətirib.

 

Ötən il şirkətin təsis etdiyi “dövlət maraqları fondu” Kremlə əsas idarəçilik qərarlarına veto qoymaq hüququ verib, şirkətin idarə heyətinə Kreml tərəfindən iki üzv əlavə olunub. O vaxtadək belə bir narahatlıq vardı ki, "Yandex" səhmlərinin çoxuna malik ABŞ investorları şirkəti ələ keçirib rusiyalı istifadəçilərin məlumatlarına çıxış əldə edərlər.

 

Mayın 11-də Rusiyada səhiyyə rəsmiləri koronavirusa 11 min 656 yeni yoluxma halı açıqlayıblar, onlardan 94 nəfəri dünyasını dəyişib. Bununla da ölkə üzrə ümumi yoluxma sayı 221 min 344 nəfərə çatıb, ölü sayının 2 min 9 nəfər olduğu bildirilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam