Rusiyanın paytaxtı Moskvada koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər mayın 31-dək uzadılıb.

Yenixeber.org: Bu barədə şəhər meri Sergey Sobyanin fərman verib.

Əksər təşkilatların, eləcə də mədəniyyət müəssisələrinin, parkların açılmasına qoyulan qadağa davam edəcək. Ancaq mayın 12-dən etibarən sənaye və tikinti müəssisələrinin fəaliyyəti bərpa olunacaq.

Bundan başqa, 1-ci, 8-ci və 10-cu siniflərin şagirdləri 18-31 may tarixlərində onlayn dərslərə davam edəcəklər. 9 və 11-ci sinif şagirdləri də distant təhsil alacaqlar. Ümumi illik qiymətləndirmə 15 maydan gec olmayaraq aparılacaq.

Əvvəllər verilmiş iş icazələri avtomatik olaraq mayın 31-dək uzadılacaq.

Həmçinin, ictimai nəqliyyatda və ticarət obyektlərində maska taxmaq və əlcək geyinmək məcburi olacaq.