Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Adı "qara siyahı"da olan şəxsin qohumu ölsə, ona evdən çıxmağa icazə veriləcəkmi? - AÇIQLAMA


Dəfn mərasimində iştirak etmək adı ilə 8103-ə yalan mesaj yazdıqları üçün adları "qara siyahı"ya salınan vətəndaşların sonradan vəfat edən yaxın qohumunun dəfn mərasimində iştirakının necə tənzimlənəcəyi məlum olub. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "ASAN Radio"nun efirində məlumat verib.

Yenixeber.org: Onun sözlərinə görə, bu kimi halların hər biri nəzərə alınıb: “Çünki vətəndaş bəzən 8103 qısa SMS nömrəsinə 3 kodu vasitəsilə icazəni səhvən də göndərə bilər. Belə hallarla rastlaşan vətəndaşlar “ASAN Xidmət”in 9108 Çağrı Mərkəzinə zəng edirlər. Onlar, həqiqətən də, yaxın qohumunun vəfat etdiyini ifadə edirlər. Bir şərtlə ki, dünyasını dəyişən şəxs haqqında məlumatlar əldə olunur. Hətta digər ailə üzvləri (varsa) ilə bağlı məlumatlar götürülür və həmin vətəndaşın dəfn mərasimində iştirak etməsi üçün yenidən imkan yaradılır. Amma bununla bağlı sonradan Daxili İşlər Nazirliyinə məlumatlar ötürülür və analiz olunur. Əgər yenidən sui-istifadə halları olduğu aşkarlanarsa, bununla bağlı qanunvericiliyə uyğun şəkildə müvafiq tədbirlər görülür”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam