Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər Lavrovun bəyanatından sonra-Ağdamda HÜCUM TƏLİMLƏRİ KEÇİRDİ...

 
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müdafiə ordusu” adı altında hüquqi-tarixi ərazilərimizdə dislokasiya olunmuş erməni işğalçı qüvvələri növbəti hərbi təlim keçiriblər.
Yenixeber.org: Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə,  təlimlər dünən –aprelin 22-də qanunsuz “müdafiə ordusu”nun komandanı general-mayor Calal Arutyunyanın rəhbərliyi ilə işğal altındakı Ağdam rayonunun Şahbulaq və Uzundərə ərazisindəki "Tiqranakert" adlandırılmış hərbi poliqonda keçirilib. 
Ağır silah və zirehli texnikanın da qatıldığı  təlimlərdə düşmən hərbçiləri həm müdafiə,  həm də hücum tapşırıqlarını icra ediblər.
Xatırladaq ki, XİN başçılarının sonuncu video-görüşü və Rusiya XİN başçısı S.Lavrovun guya Azərbaycanın xeyrinə olan bəyanatından sonra işğalçılar Ağdamı və digər Dağlıq Qarabağ ətrafı rayonlarımızı "təhlükəsizlik zonası" elan ediblər...
 
P.S. Əşşi, boş şeydi, qələt edirlər, biz hələ Lavrovun diktəsi ilə növbəti virtual(!) danışıqlara hazırlaşaq... (Moderator.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam