Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Uruqvayın vitse-prezidenti də separatçı erməni rejim “nazir”ini qəbul etdi -Foto

 
Xəbər verdiyimiz kimi, dünən –aprelin 24-də Uruqvayın eks-prezidenti, “dünyanın ən kasıb prezidenti” kimi təbliğ olunan Xose Muxika Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “xarici işlər naziri” sayılan Masis Mailyan ad-soyadlı adamabənzər məxluqu qəbul edib.
Yenixeber.org:Məlumata görə, xəbər verir ki,  Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, elə həmin gün Uruqvayın hazırkı vitse-prezidenti Lusiya Topolonski də qondarma rejimin təmsilçisini “nazir” qismində qəbul edib və onunla geniş söhbət aparıb. M.Mailyan vitse-prezidentə  “Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının hazırkı mərhələsini və Dağlıq Qarabağdakı qondarma rejimin məsələnin  həllinə dair yanaşmalarını təqdim edib.  
Uruqvayın vitse-prezidenti separatçı məmurla “Cənubi Qafqazdakı vəziyyətlə bağlı  danışıb, tərəflər regionda sabitliyin saxlanılması və uzunmüddətli sülhün yaradılmasına dair fikir mübadiləsi aparıblar". Görüşdə “qarşılıqlı maraq doğuran bir sıra məsələlər”(?) də müzakirə olunub.
P.S. Görəsən, Azərbaycan XİN belə hallarda, yəni hər hansı bir dövlət  qondarma separatçı erməni rejimi ilə isti münasibətlər qurduqda, onun nümayəndələrini rəsmi qonaq statusunda qəbul etdikdə həmin ölkəyə  qarşı hansı diplomatik tədbirlərə əl atır?..  (Moderator.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam