Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

Cənubi Azərbaycanın koronavirus statistikası:Minlərlə yoluxma, yüzlərlə ölüm



 Koronavirusdan ən çox əziyyət çəkən bölgələrdən biri də İrandır. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, İranda indiyədək bu virusa yoluxanların sayı 71 min 686 nəfər, ölənlərin sayı isə 4 min 474 nəfər olub. 
Yenixeber.org: İlk yoluxma hadisəsinin fevral ayında təsbit olunduğu cənub qonşumuz indiyədək kritik vəziyyətdən çıxa bilməyib. 
Rəsmi məlumata görə, dünən bu ölkədə 117 nəfər dünyasını dəyişmiş, 1 657 yoluxma halı qeydə alınmışdı. İddialara inansaq, real ölüm və yoluxma faktları rəsmi rəqəmlərdən qat-qat artıqdır. Buna rəğmən, rəsmi statistikada belə, qeydə alınan rəqəmlərin böyüklüyü İranda koronavirus canavarının hələ də öz gücünü itirmədiyini göstərir.



İranda koronavirus ilk əvvəl Qum və Tehran şəhərlərində ortaya çıxdığından bizim insanlarda belə bir səhv qənaət formalaşdırıb ki, “əsrin vəbası” yalnız farsların yaşadığı bölgələrdə yayılıb. Halbuki rəsmi rəqəmlər Cənubi Azərbaycan ərazilərinin də koronavirusa təslim olduğunu göstərir. Belə ki, Cənubi Azərbaycan əsasən 4 vilayətə bölünüb: 
Qərbi Azərbaycan (Urmiyə), Şərqi Azərbaycan (Təbriz), Zəncan və Ərdəbil ostanlığı. İranın koronavirus statistikasında bu vilayətlərdə də ciddi yoluxma və ölüm hallarının baş verdiyi görünür:



Qərbi Azərbaycan (Urmiyə) – 1573 yoluxan, 111 ölüm,

Şərqi Azərbaycan (Təbriz) – 2859 yoluxma, 266 ölüm,

Ərdəbil – 809 yoluxma, 125 ölüm,

Zəncan – 805 yoluxma, 81 ölüm.

Həmədan və Azərbaycan türklərinin kompakt yaşadığı digər bölgələr barədə isə səhih məlumat yoxdur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam