Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya Azərbaycana təşəkkür etdi

 

 

Rusiya Heydər Əliyev Mərkəzinə və bütün Azərbaycan xalqına koronavirusa qarşı mübarizədə Rusiya xalqı ilə dostluq və həmrəylik jestinə görə təşəkkürünü bildirib.

Yenixeber.org: Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

“Aprelin 9-da müasir Azərbaycanın memarlıq simvolu olan Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiyanın bayrağı proyeksiya edilib. Bu çətin qlobal şəraitdə Rusiya üçün yaxın dost, qonşu və etibarlı tərəfdaş olan Azərbaycanın dəstəyi xüsusilə vacibdir”, - səfirlikdən qeyd olunub.

“Rusiya tərəfi də Azərbaycana qarşı belə isti münasibətlər duyur, pandemiyanın nəticələrini aradan qaldırmaqla bağlı səylərini dəstəkləyir”, - diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Heydər Əliyev Mərkəzinin binası üzərinə proyeksiya olunur. Bununla Mərkəz COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam