Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Pandemiyadan zərər çəkənlərin nəzərinə! - Nazirlik video yaydı

Pandemiyadan zərər çəkənlərin nəzərinə! - Nazirlik video yaydı
Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi məqsədilə onlayn müraciətin tərtib olunması qaydası açıqlanıb.
Yenixeber.org: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.



Maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergiödəyicilərinə şamil ediləcək.

Dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürüləcək. Bu məqsədlə qeydiyyatda olan bütün vergiödəyicilərinin şəxsi elektron kabinetlərinə (“www.e-taxes.gov.az”) “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.

Vergiödəyiciləri maliyyə dəstəyi əldə etmək üçün internet vergi idarəsindəki şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olaraq müvafiq müraciət formasını doldurmalıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam