Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı-Abşeron halqası üzrə -10 minə yaxın sərnişin daşınır

Bakı-Abşeron halqası üzrə 10 minə yaxın sərnişin daşınır
Bakı-Sumqayıt-Abşeron halqası üzrə aprelin 1-nə olan statistikaya əsasən, Bakı-Sumqayıt istiqamətində xidmət göstərən cari avtobus sayı 30 ədəd, daşınan gündəlik sərnişin sayı 2320 nəfərdir.
Yenixeber.org: Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb. Bildirilir ki, xüsusi karantin rejimi dövrünə qədərki daşınan sərnişin sayı 14550 nəfər olub.

"Bakı-Abşeron halqası üzrə cari avtobus sayı 49 ədəd, daşınan cari sərnişin sayı 9315 nəfərdir. Məhdudlaşdırılan dövrə qədər gündəlik daşınan sərnişin sayı bu halqa üzrə 23350 nəfər olub. Sumqayıt-Abşeron halqası üzrə cari avtobus sayı 56 ədəd, daşınan sərnişin sayı 9304 nəfərdir. Analoji əvvəlki dövrlərdə sərnişin axını bu istiqamət üzrə 22900 nəfər olub. Sərnişin axınında hər halqa üzrə azalma 70-80 faiz arasında olsa da, hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik.

Sərnişinlərdən ricamız, Operativ Qərərgahın yeni tələblərinə əməl edərək, evlərindən rəsmi iznləri və ya tələblərdə qeyd edilən vacib səbəblər haqqında əsaslandırmaları yoxdursa, zəruri səbəbdən səfərə çıxmalı olan insanların yollarda ləngiməsinə səbəb olmasınlar!", - deyə məlumatda qeyd olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam