Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Azərbaycanda - sərnişinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitələri

 

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 856,2 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox sərnişinə xidmət göstəriblər.

Yenixeber.org: Sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-noyabr ayları ərzində 3,7 milyon sərnişin daşınıb, 2018-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 48,2 faiz artım müşahidə olunub.

Dövr ərzində dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 35,2 faiz artaraq 19,6 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 636,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0 faiz və 2,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,0 faiz artaraq 213,9 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 2 milyon 503,2 min və ya 12,1 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam