Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı polisi -sürücülərə müraciət etdi

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciət edib. 

Yenixeber.org: Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hər bir hərəkət iştirakçısı “Evdə qal” kampaniyasına qoşulmağa dəvət edilir. 

“Bunu nəzərə alaraq, hər bir hərəkət iştirakçısını “Evdə qal” kampaniyasına qoşulmağa dəvət edirik. Bununla siz özünüzün, yaxınlarınızın və ətrafda olanların sağlamlığının qeydinə qalmış olacaqsınız.

Eyni zamanda, şəxsi avtomobillərdən istifadə edilməməsi və “Evdə qal” kampaniyasına qoşulmaq yol-nəqliyyat hadisələrinin, eləcə də yol hərəkəti qaydalarının pozulmasının azalmasına zəmin yaradır. Beləliklə də xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrinin, küçə və yollarda gigiyenik tələbləri yerinə yetirən şəxslərin rahat və təhlükəsiz hərəkəti təmin edilmiş olur.

Sürücülərdən, xüsusən də hazırda paytaxda bölgə qeydiyyatında olan dövlət nömrə nişanlı nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş olunur ki, lüzumsuz olaraq yola çıxıb karantin qaydalarını pozmasınlar.

Əlavə olaraq, bir daha bildiririk ki, karantin tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı, xüsusən də sürücülər bu tələblərin yerinə yetirilməsini anlayışla qəbul edəcəklər”, - deyə müraciətdə bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam