Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıya gələnlərin qeydiyyatı postlarda necə müəyyən ediləcək? — Vaqif Əsədov

Bakıya gələnlərin qeydiyyatı postlarda necə müəyyən ediləcək?


"Postlarda yeni şəxsiyyət vəsiqələrinin oxunması üçün texniki vasitələrdən istifadə olunacaq”.
Yenixeber.org: Bunu açıqlamasında Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Bakıya giriş-çıxışın qadağan olunması ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirərkən deyib. Vaqif Əsədovun sözlərinə görə, yeni pasportlarda ünvanları oxumaq üçün lazım olacaq texniki vasitələr artıq hüquq-mühafizə orqanlarına verilib:

"Bunu qərarı verən təşkilat bilir. Vətəndaşların əksəriyyətinə yeni pasportlar verilib. O pasportları oxumaq üçün xüsusi texniki vasitələr var. Həmin texniki vasitələr Asan Xidmət, hüquq-mühafizə orqanları və bir çox aidiyyatı yerlərə verilib. Bu texniki vasitə postlarda qoyulacaq və hər bir vətəndaşın sənədi yoxlanılacaq. Heç kəs narahat olmasın. Sadəcə, verilən tövsiyyələri elə pasportsuz yerinə yetirməyə çalışaq”.
Vaqif Əsədov hər kəsi bu tövsiyyəyə əməl etməyə səsləyib:

"Biz istəyirik ki, bunu insanlar narazılıqla qarşılamasınlar. Mövcud vəziyyəti təhlil etməyə bizə yardımçı olsunlar. İnşallah, aprelin 1-dən sonra qapılarımız açıq olacaq, kim istəyir onda gələr”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam