Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Spiker - koronavirusla bağlı sərəncam imzaladı

Spiker koronavirusla bağlı sərəncam imzaladı
Martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar parlamentdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncam imzalayıb.
Yenixeber.org: Bu barədə  Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Sərəncamda aşağıdakı məsələlər öz əksini taplb:

Milli Məclisin komitə və komissiyalarının iclaslarının, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılsın, idarəetmə yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin;

Milli Məclis deputatlarının və əməkdaşların ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılsın;

Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə tapşırılsın ki, Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsini müvəqqəti dayandırsın;

Milli Məclis deputatlarının köməkçiləri seçki dairələrində seçicilər ilə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi vasitəsi ilə qəbul etsinlər;

Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə tapşırılsın ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq etsinlər;

- işçilərdə və ya onların ailə üzvlərindən birində respirator xəstəlikləri, halsızlıq və digər oxşar hallar olduğu təqdirdə həmin işçilərin rəhbərliyə məlumat verməklə tam sağalanadək işə çıxmaması tövsiyə edilsin;

Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iş günü ərzində xüsusi ehtiyac olmadan iş otağını tərk etməsinlər, zərurət olmadan digər şəxslərlə təmasda olmasınlar;

Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları virusun yayılmasının qarşısını almağa kömək edəcək ehtiyat tədbirləri görsünlər, o cümlədən həkim məsləhətlərinə və sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər;

Milli Məclisin tibb məntəqəsinə tapşırılsın ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə Milli Məclisdə maarifləndirmə işi aparsın;

Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçirilsinlər;

Milli Məclisin avtoparkının balansında olan bütün nəqliyyat vasitələri gündə bir dəfə hökmən dezinfeksiya edilsin;

Milli Məclisin İşlər İdarəsi parlamentin bütün inzibati binalarının dəhlizlərində antiseptik vasitələrin qoyulmasını və gündəlik təzələnməsini təmin etsin.

Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam