Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MM-ə 27 milyon ayrıldı, deputatlar birini də istədi

 

Milli Məclis büdcə müzakirələrini davam etdirib.

Yenixeber.org: Bu gün parlamentdə Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında məsələyə baxılıb.

Milli Məclisin işlər idarəsinin rəhbəri Firudin Hacıyev bildirib ki, 2019-ci ilin dövlət büdcəsində parlamentin xərclər smetasının layihəsi təqdim edilib. Onun sözlərinə görə, 2019-cu il dövlət büdcəsindən Milli Məclis üçün 27 milyon 69 min 600 manat nəzərdə tutulub. Bu məbləğin 60 faizindən çoxunu əməkhaqqı təşkil edir.

Qeyd edilib ki, xarici ölkələrdən gələn qonaqlar, Azərbaycan deputatlarının xarici ölkələrə səfərləri, eləcədə ölkədaxili səfərləri artıb. Bu səbəbdən də hökumətə təklif edilib ki, Milli Məclisin 2019-cu il üçün xərclər smetasının bəzi paraqrafları üzrə maliyyə artırılsın. Konkret olaraq dəftərxana üçün 50 min manat, xarici ezamiyyətlər paraqrafı üzrə 200 min manat, avadanlıqların alınması üçün 150 min manat, icarə və muzdlu xərclər paraqrafı üzrə 200 min manat, parlamentin avtoparkının maddi texniki bazası üçün 200 min manat əlavə vəsait istənilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam