Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ADA məzunları -ikili diplom alacaqlar

ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında kompüter elmləri üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramının BP şirkəti tərəfindən qismən maliyyələşdirilməsi üzrə saziş imzalanıb.

Yenixeber.org: Təhsil Nazirliyindən verilən məlumata görə, sazişə əsasən, ikili diplom proqramının Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilməsi və həyata keçirilməsi planlaşdırılır. İkili diplom proqramı kompüter elmləri və verilənlərin təhlili üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Corc Vaşinqton Universitetinin tədris planı əsasında bu universitetin professorları tərəfindən həyata keçiriləcək proqramın məzunları kompüter elmləri və verilənlərin təhlili sahəsində bilik və bacarıqlara yiyələnəcəklər. Proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADA Universitetində magistratura səviyyəsinə qəbul aparılacaq. Magistratura səviyyəsində təhsilin 5 semestrinin 3-ü Bakıda, 2 semestri isə Vaşinqtonda təşkil ediləcək. Proqram üçün tələbələrin seçimi Corc Vaşinqton Universiteti tərəfindən həyata keçiriləcək. Sonda məzunlara həm ADA Universitetinin, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək.

Sözügedən beynəlxalq ikili diplom proqramı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə dövlət tərəfindən, qismən isə BP tərəfindən maliyyələşdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam