Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Gömrük Komitəsinin -vəzifəli şəxsi və daha iki nəfər həbs olundu

Gömrük Komitəsinin vəzifəli şəxsi və daha iki nəfər həbs olundu
Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılıb.
Yenixeber.org: Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili saxlanılıb.

Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilən, üzəri digər məhsulla qablaşdırılan, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları - Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam