Bu gün Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə bir araya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra mətbuat konfransı keçirib.
Yenixeber.org: Kameralar qarşısına keçən Ərdoğan koronavirus səbəbindən Yens Stoltenberqin əlini sıxmayıb.
Ərdoğan onun əl sıxmasını gözləyənlərə gülərək, koronavirusu xatırladıb.
Stoltenberq də Ərdoğanın bu davranışını gülüşlə qarşılayıb.