Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Rusiya və Türkiyə prezidentlərinin təkbətək görüşü başa çatdı -YENİLƏNİB-2

 

Rusiya və Türkiyə prezidentləri 3 saat təkbətək görüş keçiriblər.

Yenixeber.org: Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

Onun sözlərinə görə, daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.


*** 15:28

"İdlibdə vəziyyət elə ağırlaşdığından bizim birbaşa müdaxilə etməyimizə ehtiyac yaranıb".

"Hürriyete" xəbər verir ki, bunu Rusiya prezidenti prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.

“Son günlərdə İdlibdə bir sıra hadisələr baş verdi. Suriyada həyatını itirən hərbçilərinizə görə başsağlığı verirəm. Telefon danışığımızda ifadə etdiyim kimi heç kim orada Türkiyə hərbçisinin olduğunu bilmirdi. Suriya hərbçiləri arasında da itki olub. Bu hadisələri təkrarlanmaması və hər ikimizin də əhəmiyyət verdiyimiz əlaqələrə zərər verməmək üçün görüşməyimizə ehtiyac var. Bu məsələləri təkbətək müzakirəyə başlayaq. Daha sonra zalda olanlar da qoşula bilər”, - deyə Vladimir Putin bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavab nitqində deyib: "Məlum bu görüşü Türkiyədə keçirəcəkdik. Sizin konstitusiya ilə bağlı fəaliyyətinizə görə görüşü burada gerçəkləşdiririk. İdliblə bağlı müzakirələr səbəbi ilə bir araya gəlməyimizin əhəmiyyəti böyükdür. Bölgədə sıxıntı böyüyür. Bu gün burada atacağımız addım, qəbul edəcəyimiz qərarlar, bölgəni də, ölkələrimizi də rahat edəcək. Türkiyə-Rusiya əlaqələrinin gərgin dönəmini yaşayırıq. İstər müdafiə sənayesi, istərsə də ticarət əlaqələrimizdə çox fərqli bir dövrü yaşayırıq”.


15:13

Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

 RİA “Novosti” xəbər verir ki, görüş təkbətək formatda keçirilir.

Qeyd edək ki, son zamanlar Türkiyə və Rusiya arasında üç mərhələdə keçirilən danışıqlar uğursuz olub.

Xatırladaq ki, martın 5-də dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə ediblər.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam