Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Avstraliyaya yardım etdi

 
Avstraliya İttifaqında 2019-cu ilin sonlarından tüğyan edən irimiqyaslı meşə yanğınlarının ağır fəsadlarının aradan qaldırlmasına kömək göstərmək məqsədilə, Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən 50 min ABŞ dolları məbləğində humanitar yardım ayrılıb.
Yenixeber.org:  Bu barədə  XİN-in mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru cənab Seymur Fətəliyev maliyyə töhfəsinə dair sertifikatı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruzəli Aslanova təqdim edib. Sözügedən vəsait Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə Avstraliya Qırmızı Xaç Cəmiyyətinə ianə edilib.

Qeyd edək ki, xarici kütləvi informasiya vasitələri tərəfindən Avstraliyanın əsasən cənub-şərq sahillərində baş vermiş yanğınların nəticəsində 25 nəfərin həyatını itirdiyi, 2000-ə yaxın evin və 8 milyon hektardan artıq ərazinin yandığı, yüz milyonlarla heyvanın tələf olduğu bildirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam