Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Ağsuda seçki saxtakarlıqla başladı – FOTOLAR- VİDEO 08:50 –DSK sədri qutudan Tahir Kərimli çıxartmağa çalışır

 

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. 8:00-da səsvermə prosessi start götürüb. İlk dəqiqələrdən 87 saylı Ağsu- İsmayıllı seçki dairəsində ciddi qanun pozuntuları start götürüb. Ağsu şəhərində işıqlar söndürülüb. 

08:25

49 saylı Məntəqə – Qəşəd kəndi – Məntəqə sədri Cəlil Abdullayev. Bu məntəqədə bülletenlər topa möhürlənib. Bu qanunların kobud şəkildə pozulmasıdır. Həmçinin bu kəndin icra nümayəndəsi Tahir Beydullayev seçkiyə müdaxilə edir, məntəqədə səsverməyə ciddi problemlər yaradır.

***

Ərəbmehdibəy kəndi – 37 saylı Məntəqə sədri Qurbanov Müseyib İslam – Bu məntəqədə bülletenlər topa ilə kəsilib. Bu qanunların kobud şəkildə pozulmasıdır.

***

Baş verənlərlə bağlı 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin sədri Azad Dursunəliyevlə məlumat verilsə də heç bir ciddi tədbir görmür…

***

Kalva kəndi – 52 saylı Məntəqə bulletenlər topa ilə kəsilir…. Həmçinin bu məntəqədə 15 nəfər səsverməyə gəlsə də artıq qutuda 50-dən artıq bülleten var – Məntəqə sədri – Məmmədov Xəqani Babacan

09:30

Kalva, Ərəbmehdibəy kəndi, Qəşəd kəndlərində seçki saxtalaşdırması yükək peşəkarlıqla davam edir. Kənd icra nümayəndələri normal səsverməyə imkan vermir. Bu saxtalaşdırmanın başında 87 saylı Ağsu- İsmayıllı seçki dairəsinin sədri nəzarət edir. 

09:46

60 saylı məntəqə – Məntəqə sədri – Babayev Asfar Nağı oğlu – Bu məntəqədə də bülletenlər topa ilə kəsilib…

 

                                               ***
Gəyli kəndi – 54 saylı – Bülletenlər topnan kəsilib. – Məntəqə sədri – Qənbərov Əmircan Əmiralı oğlu. Bu məntəqədə bülletenlər topa ilə qutuya atılıb….

***

Qubaxəlilli -57 saylı məntəqə – Məntəqə sədri – Mustafayev Ramiz Knyaz oğlu. Bu məntəqədə bələdiyyə işçisi Mirzəxanov Mirzaga və icra nümayəndəki Cəlalov Yaşar səsverməyə ciddi problemlər yaradır. Bu şəxslər  müşahidəçilərə ciddi problemlər yaradırlar.(bizimxeber) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam