Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu gündən hava pisləşir -Bakıya qar yağacaq

 
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən saytımıza verilən məlumata görə, Böyük və Kiçik Qafqazda arabir qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Lənkəran-Astara bölgəsində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq, Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında arabir yağış yağacağı, yağan yağışın fevralın 9-da sulu qara,qara keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Aran rayonları nda havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7dərəcə isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Paytaxtda isə fevralın 8-də gözlənilən yağıntı fevralın 9-da sulu qara, qara keçəcək. Mülayim şimal-qərb küləyi fevralın 8-i axşam və 9-da güclü olacaq. Havanın temperaturu fevralın 8-də gecə 4-7, gündüz 8-11, fevralın 9-da gecə və gündüz 1-3 dərəcə isti təşkil edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam