Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Həftəsonu bəzi yerlərdə - yağış və qar yağacaq

 

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, yanvarın 12-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 11-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-5, gündüz 6-11, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 11-də gecə və səhər dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1-6, dağlıq ərazilərdə 8-11 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Paytaxtda arabir yağış yağacağı, yanvarın 12-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, yanvarın 12-də mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-6, gündüz 6-10 dərəcə isti olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam