Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

XIZI POLİSİ ƏMƏLİYYAT KEÇİRDİ:ÜZƏRİNDƏ SİLAH GƏZDİRƏN GƏNC SAXLANILDI

 

 

 

Daxili işlər orqanları tərəfindən silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən Şurabad kənd sakini, 19 yaşlı Mehdi Rzayev kənd ərazisində saxlanılıb. Polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin altında gizlətdiyi bir ədəd lüləsi kəsilmiş odlu silah, beş ədəd patron və narkotik maddə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam