Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Ordusunun hazırlığı yoxlanılır-Müdafiə Nazirliyi

 

 Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik, birləşmə və hissələrinin yeni tədris dövrünə hazırlığını yoxlamaq məqsədilə kompleks tədbirlərə başlanılıb.

Yenixeber.org: Müdafiə Nazirliyindən bildirilib ki, yoxlamanın əsas məqsədi hazırlıq dövrü üçün tədbirlər planının icrasının effektivliyini müəyyən etməkdir.

Bir həftə ərzində qərargahların qoşunların idarəedilməsi üzrə fəaliyyəti, döyüş və xüsusi texnikanın imkanları, qoşun xidmətinin aparılması, hərbi hissələrin tədris-maddi bazası, o cümlədən poliqonlar, təlim mərkəzləri, tankodromlar və digər hərbi obyektlərin yeni tədris dövrünə hazırlığı yoxlanılacaq. Bundan əlavə rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi, həmçinin döyüşə hazırlıq vəziyyəti yoxlanılacaq və bir sıra digər tədbirlər yerinə yetiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam