Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cəbhəboyu zonada yerləşən bölmələrin - qışa hazırlığı yoxlanılır

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada yerləşən, dağlıq və sərt iqlim şəraitində tapşırıqları icra edən bölmələrin qış mövsümünə hazırlığını yoxlayır.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, general-mayor Qədir Nəsibovun rəhbərliyi ilə bölmələrin qışa hazırlığının vəziyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı, əsgər yataqxanalarının və müxtəlif təyinatlı digər hərbi obyektlərin isitmə sistemləri ilə təchiz edilməsi yoxlanılır.

Silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələrin mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təchiz edilməsi, həmçinin onlara planlı şəkildə qulluq göstərilməsinin səviyyəsi də nəzarətdə saxlanılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam