Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tramp İranla sanksiyaların ləğvi şərti ilə danışıqlar imkanını rədd edib

 

 

ABŞ prezidenti Donald Tramp İranın Amerika sanksiyalarının ləğvindən sonra danışıqların keçirilməsi çağırışını dəstəkləməyib.

Yenixeber.org: O, bununla bağlı fikirlərini özünün “Twitter” səhifəsində yerləşdirib.

"İranın xarici işlər naziri bildirib ki, İran ABŞ-la danışıqlar aparmağı arzu edir, amma istəyir ki, sanksiyalar götürülsün. Xeyr, təşəkkür", - deyə ABŞ administrasiyasının başçısı reaksiya verib.

Daha əvvəl İranın Xаrici İşlər Nаzirliyinin başçısı Məhəmməd Cavad Zərif İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsinə baxmayaraq, Amerika tərəfi ilə danışıqlar imkanlarını istisna etməyib. Nazirin sözlərinə görə, Tramp administrasiyası keçmişi düzəldə, sanksiyaları götürə və danışıqlar masasına qayıda bilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam