Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nərminin qətli ilə bağlı sensasion detal: polis də həbs edildi

Nərminin qətli ilə bağlı sensasion detal: polis də həbs edildi

Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı sensasiya sayılacaq təfərrüat paylaşılıb.

Yenixeber.org: TV Press informasiya agentliyi qətldə şübhəli bilinərək saxlanılan 1973-cü il təvəllüdlü, N.Quliyevanın qonşusu İlkin Süleymanovun bu müddətdə niyə ələ keçmədiyi və cinayətdən yayındığının istintaqla artıq müəyyən edildiyini paylaşıb.

Məlum olub ki, İ.Süleymanovun əmisi oğlu polis işçisidir və Nərminin axtarışı ilə bağlı yaradılan qrupa o da daxil edilib. İtən azyaşlı qızla bağlı kənddə axtarışlar aparılarkən və evlər yoxlanarkən sözügedən polis İ.Süleymanovun evinin yoxlanılmasına mane olub. Bildirib ki, əmisi və əmisi arvadı yaşlı adamlardır, oğlanları isə Moskva Dövlət Universitetini bitirən alim-ziyalıdır. Axtarış qrupunun rəhbəri də ona inanaraq, evdə axtarış aparılmasından imtina edib.

Qətlin üstünün açılmasına isə elə sözügedən polis səbəb olub. Belə ki, İ.Süleymanov yanğını ilk görməsini əmisi oğlu olan polisə danışıb. Deyib ki, “şübhəli iy” hiss etdiyi üçün yaxınlaşıb və Nərminin cəsədinin yandığını müşahidə edib. Meyitin yandırılmasını ilk görən şəxs kimi İ.Süleymanov istintaqa cəlb edilib və bəlli olub ki, onun evində bu vaxta qədər axtarış aparılmayıb. Sanksiya verilib və ev axtarılarkən çardaqda qan izləri, həmçinin digər çoxsaylı maddi sübutlar aşkarlanıb.

Bundan sonra İ.Süleymanov qətli etiraf etmək məcburiyyətində qalıb və detalları danışıb. Bildirdiyinə görə, N.Quliyevanı əmisinin evindən çıxarkən görüb, aldadıb aparıb və meyvə qurusu adı ilə çardağa çıxarıb, sonra “xlorofil”lə yatırıb və əl-qolunu, ağzını yapışqanla bağlayıb. Ancaq qızcığazın təcavüzə məruz qalmadığı da bildirilir.

Nəhayət, manyak ələ keçəcəyi qorxusundan 10 yaşlı qızcığazın başına küt alətlə (daşla) vura-vura qətlə yetirib. Sonra isə meyiti yandırmaqla izi itirmək qərarına gəlib.

İ.Süleymanovun istintaqda “professor kimi” davrandığı, izi itirmək üçün soyuqqanlı şəkildə ifadə verdiyi də iddialar arasındadır. Ancaq bu “soyuqqanlı”, mədəni və savadlı imicli manyak peşəkar istintaqçıları aldatmağa nail olmayıb.

O, niyə meyiti basdırmadığı, yandırmağa qərar verməsinə də aydınlıq gətirib. Bildirib ki, polis itlərinin meyiti tapacağından və dəlil-sübut əldə edəcəyindən ehtiyat etdiyi üçün basdırmayıb və yandırıb.

Qeyd edək ki, ata-anası həyətdəki xidməti evdə yaşayır, İ.Süleymanovun cinayəti törətdiyi ev isə boş olub. Ata-anası da istintaqa ifadələrində onun tez-tez çardağa çıxmasının meyvə qurutması ilə bağlı olduğunu düşündüklərini və heç nədən şübhələnmədiklərini bildiriblər.

Hazırda İ.Süleymanovun əmisi oğlu olan polisin də şübhəli qismində saxlanıldığı iddia edilir. Həmçinin axtarış qrupuna rəhbərlik edən polis zabiti istintaqa cəlb edilib. Onun səhlənkarlıq və məsuliyyətsizliyə görə suçlandığı iddialar arasındadır.

İstintaqı Bakıdan getmiş yüksək rütbəli peşəkarlar aparır.

Xatırladaq ki, 3 dil bilən, mədəni, ziyalı adam kimi tanınan İ.Süleymanovun qatil olmasını qəbul etməyənlər artıq istintaqa şübhə etdiklərindən peşman olduqlarını da sosial şəbəkələrdə qeyd edirlər.

Axar.az-a açıqlama verən N.Quliyevanın əmisi Lətif Quliyev isə hələ ötən gün İlkin Süleymanova başqalarının da kömək etdiyini və bu barədə istintaq orqanının daha təfsilatlı açıqlama yayacağını bildirmişdi.

Qeyd edək ki, N.Quliyeva 21 noyabr tarixində itkin düşüb. Bir neçə gün öncə isə onun yandırılmış meyiti tapılıb.

Bu qətl Azərbaycanda böyük səs-küyə səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam