Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nərmin Quliyeva- dəfn edilib

 

Tovuzda itkin düşən və daha sonra yadırılmış meyti tapılan 10 yaşlı Nərmin Quliyava dəfn olunub.

Yenixeber.org: Dəfn mərasimində yaxınları, Millət vəkili Qənirə Paşayeva və rayon rəhbərliyi iştirak edib. Nərmin Quliyeva Tovuz rayonun Dondar Quşçu kənd qəbristanlığında dəfin edilib.


Qeyd edək ki, ötən ilin noyabrın 21-də itgin düşən N,Quliyevanın meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Noyabrın 21-də Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının ölümünün səbəbi və vaxtı müəyyən edilib.

 

Araşdırmalar zamanı Nərmin Quliyevanın beş gün əvvəl öldüyü məlum olub.

 

Həmçinin müəyyənləşib ki, qızın ölümünə səbəb onun başından küt alətlə vurulması olub. Qızın kəllə sümüyündə 5 sınıq aşkarlanıb.

 

Cinayətin digər təfərrüatları da məlum olub.

 

Belə ki, Nərmin noyabrın 21-də itkin düşdüyü paltarda tapılıb. O, da müəyyənləşib ki, uşağı meyiti kənd ərazisində saxlanılırmış.

 

Ehtimal edilir ki, Nərmin bu müddət ərzində zirzəmidə saxlanılıb.

 

Kriminalistlər Nərminin yandırıldığı yerə yaxın ərazidə avtomobil təkəri izlərinə rast gəlməyiblər.

 

Ehtimal edilir ki, qızın meyitini arabada gətiriblər.

Nərminin dırnaqları tutulmuş olub, Operativ istintaq əməliyyat qrupu bu qənaətə gəlib ki, bunu qatil edib. Bunu o səbəbdən edib ki, qurbanı ona cinsi zorakılıq zamanı müqavimət göstərərək, xəsarət yetirməsin. Qızın meyiti qurşaqdan aşağı yanmış olub.

 

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.

 

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

 

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam