Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq.
Yenixeber.org: Bu barədə O.Gülalıyevin oğlu Alı Gülalıyev sosial şəbəkədə məlumat yayıb.
Onu sözlərinə görə, hüquq müdafiəçisinin durumunda müsbət gəlişmələr olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya O.Gülalıyev hələ ki, çox zəif cavab verdiyindən iki gün əvvəl MRİ ediblər: “Nəticəsinə görə beynində akut hidrosefali (kəskin surətdə su artması) yaranıb.
Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq”.
Qeyd edək ki, O.Gülalıyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən “Semaşko”ya aparılıb, oradan isə “City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub. Komada olduğu üçün ailəsinin istəyi ilə Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib.