Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Oqtay Gülalıyev - artıq gözünü açır”

“Oqtay Gülalıyev artıq gözünü açır”
Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbətə doğru dəyişiklik var.
Yenixeber.org: Hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva bildirib ki, bir həftədən çoxdur onun hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır:

“Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır”.

Xatırladaq ki, Oktay Gülalıyev oktyabrın 29-da Bakının 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da O.Gülalıyev cərrahi əməliyyat olunub. O, daha sonra Türkiyəyə yola salınıb.

Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Fond Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam