Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Ombudsman Baş prokurora müraciət edib-Nərminin qətli ilə bağlı

 

 
Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının rayonun Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda meyitinin aşkarlanması və mətbuatda uşaq üzərində zorakılıq əməllərinin törədilməsi ehtimalı ilə bağlı yayılmış məlumatların araşdırılması məqsədilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Gəncə Regional Mərkəzinin əməkdaşları hadisənin baş verdiyi rayonda olub, uşağın valideynləri və yaxınları ilə görüşüblər.
Yenixeber.org: Ombudsman Aparatından verilən məlumata görə, vəfat etmiş azyaşlının valideynləri və yaxınları Ombudsmana ünvanlanan müraciətlərində məsələnin nəzarətə götürülərək təcili və hərtərəfli araşdırılmasına, təqsirkar şəxslərin tezliklə tapılaraq məsuliyyətə cəlb edilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Ombudsman cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.

Müraciətdə qeyd olunan məqamlar və baş vermiş ölüm hadisəsinin zorakılıq ehtimalı nəzərə alınmaqla nəzarətə götürülərək araşdırılması, müvafiq ekspertizaların təyin olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə əlaqədar məsələlər öz əksini tapıb.

Eyni zamanda, Ombudsman kütləvi informasiya vasitələrini bu cür hallarla bağlı məlumatlar yayarkən insanların, o cümlədən uşaqların psixologiyasına mənfi təsirləri nəzərə almağa və həssaslıq nümayiş etdirməyə çağırır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam