Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan Ordusunun generalı -Ermənistana xəbərdarlıq edib

Azərbaycan Ordusunun generalı Ermənistana xəbərdarlıq edib
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hazırda dinamik dəyişikliklər mərhələsindədir. Bu münaqişədə Ermənistanın status-kvonun dəyişdirilməsini istəməməsi təhlükənin ehtimalını artırmaqdadır".
Yenixeber.org: Bunu Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev deyib.

"Azərbaycan Respublikasının Prezidentİlham Əliyev açıq bəyan edib ki, "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq". Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin dediyi "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" fikri bu münaqişənin həllinin necə nəticələnməli olduğunu birmənalı şəkildə göstərir", - H.Piriyev vurğulayıb.

Azərbaycan Ordusunun general-leytenantı Ermənistana xəbərdarlıq edib: "Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan ərazisinin hərbi işğalı və status-kvonun saxlanılması münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. 2016-cı il Aprel döyüşləri də göstərdi ki, tərəflər arasındakı hərbi balans Azərbaycanın xeyrinə dəyişib. Ermənistan münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərini yerinə yetirməli və qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmalıdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam