Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

Prokurorlar -Sarkisyana qarşı cinayət işindən imtina edirlər

Prokurorlar Sarkisyana qarşı cinayət işindən imtina edirlər
Prokurorlar gələcəkdə məsuliyyətə cəlb olunmaq qorxusuna görə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın və ölkənin keçmiş baş prokuroru Qevork Kostanyanın cinayət işlərini aparmaqdan imtina edirlər.
Yenixeber.org: Bu barədə "Hraparak" nəşri yazır. Nəşrin məlumatına görə, prokuror Akob Tadevosyan eks-prezidentin işindən imtina edib və dekabrın 20-də işi tamamilə tərk edib.

Baş Prokurorluğun mətbuat katibi Arevik Xaçatryan onun öz istəyi ilə işdən çıxarılma faktını təsdiqləyib.

Baş prokuror Artur Davtyanın baş nazir Nikol Paşinyana keçmiş yüksək vəzifəli məmurlara qarşı cinayət işlərinin tamamlanacağını vəd etməsinə baxmayaraq, onun tabeçiliyində olanlar ya işi aparmaqdan imtina edir, ya da yazılı əmr tələb edirlər.

Məlumata görə, məsələnin mənəvi tərəfi ilə yanaşı, prokurorlar başa düşürlər ki, kifayət qədər qanuni sübut olmayan hər hansı bir iş gələcəkdə özləri üçün problemlərə yol aça bilər. Anlayırlar ki, rəhbərlik məsuliyyətdən yayınıb günahı onların üzərinə qoya bilər.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 1 milyon dollardan çox mənimsəmə və oğurluqda, keçmiş baş prokuror isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam