Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Tanınmış həkim -Oqtay Gülalıyevin son durumundan danışdı

 
Adil Qeybulla: “Yaxınları düşünür ki...”
Yenixeber.org: Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş yoxdur. Qeyd edək ki, bu barədə sosial şəbəkədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat yayıb. T. Gülalıyev bildirib ki, atasının vəziyyətinin müsbət yöndə dəyişməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Könül istərdi ki, bu paylaşımlar həqiqət olsun. Amma bütün yazılanlar, deyilənlər yanlışdır. Həkimin bildirdiyinə görə, komadan nə zaman ayılacağı, qalacaq fəsadlar bilinmir. Həmçinin atamın qanında və ağciyərində infeksiya əmələ gəlib. Bunların qarşısını almaq üçün müalicə edirlər”, - deyə o  qeyd edib.
Xatırladaq ki, hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Noyabrın 5-də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib. Noyabrın 19-da isə Gülalıyev İstanbulda “Amerika Xəstəxanası”na köçürülüb və bir gün sonra orada yenidən beynindən əməliyyat keçirib.
Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva ile ilgili görsel sonucu
Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva bu barədə qeyd edib: “Həkimlər bildirir ki, əməliyyat zamanı Oqtayın beyninə yığılmış mayeni təmizləyiblər. Beynindəki mayenin axması üçün beyin nahiyyəsinə katetr yerləşdirilib. Həkimlər Oqtayın komadan çıxacağı ilə bağlı hələ bir söz demirlər. Deyirlər ki, qarşıdakı aylar ərzində müalicə davam etdiriləcək və dərmanların necə təsir edəcəyi məlum olacaq. Onun komadan ayılıb-ayılmayacağını zamanın öhdəsinə buraxmaq lazımdır”.
Adil Qeybulla ile ilgili görsel sonucu
Sosial şəbəkələrdə hüquq müdafiəçisinin Bakıda olarkən düzgün əməliyyat olunmadığı, bu səbəbdən vəziyyətinin bu həddə gəlib çatdığı bildirilir. Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a bu iddiaların əsassız olduğunu dedi: “Əslində bu cür çox iddialar ola bilər, kim nə istəyir, danışır. Bu iddialar heç nəyi həll etmir, ekspertiza həll edir. İkinci bir tərəfdən, Oqtay Gülalıyevin uzun müddətli reabilitasiyaya ehtiyacı var ki, komadan çıxsın. Yəni buna vaxt lazımdır. Bu məsələ əsasən insanın orqanizmindən, daha sonra isə müalicəsindən asılıdır. Bildirim ki, Bakıdakı xəstəxanada da həmin müalicə aparılırdı. Düşünürəm ki, bu müalicə hər yerdə aparıla bilər. Onun yaxınları bəlkə də düşünür ki, onu ölkə xaricinə, o cümlədən İsrailə və yaxud başqa yerə aparanda möcüzəvi bir şey olacaq. Onların hisslərini başa düşürəm, amma inanın reallıqları biz bilirik”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam