Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Baku Bus”un 4,5 milyon manatlıq tenderlərinin qalibləri bəlli oldu – Detallar

Bu gün “Baku Bus” MMC-nin keçirdiyi 3 açıq tenderin qalibləri bəlli olub. 

Yenixeber.org: Bu müsabiqələrin ümumi dəyəri 4,5 mln manat təşkil edir.

Adıçəkilən təşkilatın elan etdiyi birinci tenderdə “İveco” markalı avtobuslara cari ilin sonuna kimi tələb olunan yüksək təzyiqli boruların və birləşmələrin satınalınması ilə bağlı olub ki, burada qalib “FX QRUP 88” MMC olub.

Bu tender üzrə qalib, ümumilikdə, 13 803 ədəd yüksək təzyiqli boruların və birləşmələrin alınmasını həyata keçirəcək və qarşılığında 906 893,13 manat qazanacaq.

Nizamnamə kapitalı 10 manat olan “FX QRUP 88” 2017-ci ildə yaradılıb və Pərvin Elxan qızı Əfəndiyeva qanuni təmsilçisidir.

İkinci açıq tender də “İveco” markalı avtobusların cari ilin sonuna kimi mühərrikin soyutma sisteminə tələb olunan ehtiyat hissələrinin satınalınması ilə bağlı olub və qalib “Karataş Tarimcilik Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındaki nümayəndəliyi müəyyən edilib.

Adıçəkilən şirkət 2 401 319,33 manatın qarşılığında 7268 ədəd “İveco” markalı avtobusların cari ilin sonuna kimi mühərrikin soyutma sisteminə tələb olunan ehtiyat hissələrini “Baku Bus”a təhvil verəcək. 2018-ci ildə dövlət qeydiyyatına alınan Şirkətin qanuni təmsilçisi Ahmet Mustafa Karatasdır.

“Baku Bus”ın sayca 3-cü olan 1 200 102,09 manatlıq satınalma müsabiqəsinin qalibi “AZTECH AND TEGETA MOTORS” MMC olub. Qalib təşkilat həmin məbləğin qarşılığında “İveco” markalı avtobuslara cari ilin sonuna kimi texniki baxış və müntəzəm xidmət göstərilməsinə tələb olunan ehtiyat hissələri ilə təmin edəcək.

Qeyd edək ki, 2016-cı ildə dövlət qeydiyyatına alınan “AZTECH AND TEGETA MOTORS”un nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Davit Khurtsiadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam