Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Serj Sarkisyanın axtarışda olan “xaç oğlu” tutuldu-Rusiyada

 

Ermənistanın axtarışda olan sabiq deputatı Levon Sarkisyan Rusiyada saxlanılıb.

Yenixeber.org: "Alrahatsi Levik" ləqəbi ilə tanınan sabiq deputat 11 il əvvəl Ermənistan Gömrük Xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın malikanəsinə hücumla əlaqədar açılan cinayət işində təqsirləndirilir.

Axtarışa verilən L.Sarkisyana Ermənistan Cinayət Məcəlləsinin sağlamlığa ağır zərər vurma və soyğunçuluq, o cümlədən cinayətkar qrup yaratmaq və orada iştirak etmək maddələri ilə iş açılıb.

İki çağırış parlament üzvü olan Levon Sarkisyan Respublika Partiyası fraksiyasının üzvü və sabiq prezident Serj Sarkisyanın "xaç oğlu"dur.

İlkin məlumatlara görə, 2008-ci ilin oktyabrında törədilən soyğunçuluğu Sarkisyan sifariş edib. Üç il sonra, 2011-ci ilin may ayında cinayətkar dəstənin 10 üzvü uzunmüddətli həbs cəzasına məhkum edilib. Bu hücumdan əvvəl qrup artıq digər ağır cinayətlər də törədib.

Bu faktlar əsasında açılan cinayət işi çərçivəsində 2018-ci ilin oktyabr ayında Sarkisyanın evində axtarışlar aparılıb və orada arsenal - AK-74 Kalaşnikov silahı, qumbaraatan, 4000-dən çox müxtəlif növ kalibrlər tapılıb. Daha sonra müəyyən ekspertizalar təyin edilib.

Uzun müddət ölkədə olmadığını üçün onun axtarışa verilməsi barədə qərar qəbul edilib və barəsində həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam