Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi- Qurultay

Dekabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycan Rus İcmasının (ARİ) V qurultayı keçirilib.

Yenixeber.org: Qurultayda Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Əli Hüseynli, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə Regionlararası və mədəni əlaqələr üzrə İdarəsinin müavini Anton Rıbakov, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Azərbaycan və Bakı Yeparxiyasının arxiyepiskopu Vladıka Aleksandr və başqa qonaqlar iştirak ediblər.

Qurultayı ARİ-nin sədri, Milli Məclisin deputatı Mixail Zabelin açıb.

O qeyd edib ki, V qurultay ərəfəsində icmanın bütün şəhər və rayon təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib, yığıncaqlarda ARİ-nin tərkibinə 280 nümayəndə seçilib.

M.Zabelinin sözlərinə görə, vaxtilə ümummilli lider Heydər Əliyevin başlatdığı yolu bu gün prezident İlham Əliyev uğurla davam etdirir: “Onun fəaliyyəti Azərbaycanda mütərəqqi dəyişikliklərə gətirib çıxarıb. Rus İcmasının V qurultayı Azərbaycanda iqtisadi, sosial və siyasi stabillik şəraitində keçirilir. Müasir Azərbaycan əmin şəkildə inkişaf edir, ölkədə nəhəng infrastruktur və regional layihələr gerçəkləşir”.

Rusiya-Azərbaycan münasibətlərinə toxunan İcma sədri Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərinin bu münasibətlərin inkişafına böyük təkan verəcəyini də diqqətə çatdırıb: “Mehriban Əliyevanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” mükafatına layiq görülməsi hər iki ölkə arasındakı yüksək dostluq və qarşılıqlı etimada sübutdur”.

Qurultayda ARİ-nin ötən dövrdəki fəaliyyəti barədə hesabat dinlənilib, İcmanın Respublika Şurasının yeni heyəti və rəhbərliyi seçilib.

M.Zabelin yekdilliklə qarşıdakı beş il üçün İcmanın sədri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam