Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putin Zelenskinin çəkildiyi seriala baxmayıb - Efir yayımı dayandırıldı

Putin Zelenskinin çəkildiyi seriala baxmayıb - Efir yayımı dayandırıldı
Rusiyanın TNT kanalı baş rolda Ukrayna Prezidenti Vladimir Zelenskinin çəkildiyi "Xalqın xidmətçisi" serialını efirdən yığışdırıb.

Yenixeber.org: Bu barədə "Vedomosti" qəzeti məlumat yayıb. TNT nümayəndəsi kanalın serialı tam olaraq göstərməyi planlaşdırmadığını bildirib. Serialın ilk üç epizodu 11 dekabr tarixində Rusiya televiziyasında nümayiş olunub.
Məsələ ilə bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Vladimir Putin “Xalqın xidmətçisi” serialını izləməyib və bunu etməyi planlaşdırmır. Çünki onun seriala baxmağa vaxtı yoxdur.

Qeyd edək ki, serialın yayım hüququ “Kvartal 95” studiyasının distribyutoru olan İsveçin “Eccho Rights” şirkətindən alınıb. Bu arada “Avropa həmrəyliyi” Partiyasından olan millət vəkilləri nə vaxt və hansı məbləğə serialın TNT kanalına satıldığı ilə maraqlanıblar.

Deputat Aleksiy Qonçarenko Zelenskiyə bu məsələlərə aydınlıq gətirməsi üçün sorğu göndərib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam