Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Putinlə deyil, sakinlərlə danışmaq lazımdır” - Zelenskiyə cavab

“Putinlə deyil, sakinlərlə danışmaq lazımdır” - Zelenskiyə cavab
“Ukrayna prezidenti Vladimir Zelenski Donbassı regionun sakinləri ilə müzakirə etməlidir. Krımla bağlı isə deyiləcək bir şey yoxdur”.
Yenixeber.org:  Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Ukrayna prezidenti Vladimir Zelenskinin Putinlə görüşəcəyi təqdirdə işlədəcəyi sözlərə də münasibət bildirib.

“Biz Ukrayna prezidentinin işlətdiyi o ifadələri gördük. Donbassla bağlı Putinlə deyil, oranın sakinləri ilə danışmaq lazımdır. Krımla bağlı isə deyiləcək bir şey yoxdur”. 

O, həmçinin Rusiya prezidentinin Zelenski ilə görüşəcəyi təqdirdə ilk işlədəciyi ifadələrlə bağlı deyib ki, Putin həmişə “doğru ifadələrlə” söhbətə başlayır. 

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi təqdirdə söhbətə hansı sözlə başlayacağını açıqlayıb. Zelenski görüşə “Donbass və Krım Ukraynanındır” cümləsi ilə başlayacağını bildirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam