Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zelenskinin partiyası parlament seçkilərində səslərin 50 faizə yaxınını qazanacaq- Sorğu

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərinə 5 gün qalmış şanslı partiyaların siyahısı açıqlanıb.

Yenixeber.org:  “Reytinq” sosioloji qrupun apardığı sorğuya əsasən, hazırda ən populyar siyasi qüvvə Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası və “Həyat uğrunda-müxalifət platforması”dır.

Sorğuya əsasən, ukraynalıların elektoral rəğbət reytinqində səslərin 49,5 faizini toplayan Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası liderlik edir. İkinci yerdə “Həyat uğrunda – müxalifət platforması” gedir, ona rəyi soruşulanların 10,5 faizi səs vermək niyyətindədir. Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” (7,7 faiz), Yuliya Timoşenkonun “Batkivşina” (7,2 faiz) partiyası gəlir. İlk beşliyi ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası (5,9 faiz) tamamlayır.

Xatırladaq ki, Ali Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin olunub. Seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar iştirak edə biləcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam