Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Prezident: “Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu əbədi çalışacaq və daşınan yüklərin həcmi artacaq”

“Sizin rəhbərlik etdiyiniz sahədə də çox uğurlu əməkdaşlıq aparılır. Əlbəttə, ilk növbədə, biz Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını qeyd etməliyik.

Yenixeber.org: Bu da tarixi layihədir. Azərbaycan Türkiyə üzərindən Asiya ilə Avropanı dəmir yolu ilə birləşdirdi. Bunu da tarixdə ilk dəfə olaraq biz icra etmişik. İndi yüklərin daşınması da artır. Hazırda Orta Asiya ölkələrindən, Çindən, hətta Əfqanıstandan yüklər bu yolla dünya bazarlarına çıxarılır. Əlbəttə ki, bu, Türkiyə-Azərbaycan birliyi, dostluğu sayəsində mümkün olmuşdur. Bu, bizim mövqelərimizi möhkəmləndirir, gücümüzü artırır. Əminəm ki, bu yol əbədi çalışacaq və daşınan yüklərin həcmi artacaqdır”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

“Bir də ki, Türkiyədə texnoloji inkişaf çox sürətlə gedir. Biz bunu izləyirik, buna sevinirik. Sənaye sahəsində, informasiya texnologiyaları sahəsində çox böyük uğurlar əldə edilib. Türkiyədə elmi potensial da çox güclüdür. Əlbəttə ki, biz bu sahədə də daha sıx əməkdaşlıq etmək istəyirik. Çünki dünyanın gələcək inkişafı böyük dərəcədə bu innovasiyalardan, texnoloji inkişafdan asılıdır. Burada birgə elmi araşdırmalar, tətbiqi tədbirlər əlbəttə ki, bizim əməkdaşlığımızı daha da gücləndirəcək. Bir sözlə, qarşıda işlər çoxdur. Əminəm ki, biz bütün işləri TANAP, Bakı-Tbilisi-Qars kimi vaxtında icra edəcəyik”, - dövlət başçısı vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam