Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aksiyaçılar Gürcüstanın prezident sarayının darvazasına qıfıl asıblar -YENİLƏNİB

 

 

Tbilisidə aksiyaçılar Gürcüstanın prezident sarayının darvazasına qıfıl asıblar.

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, aksiyaçılar öncə iqamətgahın qapısını qıfıllamağa cəhd ediblər.

Etirazçılar bildiriblər ki, prezident Salome Zurabişvili ölkədə siyasi böhran yaranandan on gün sonra bəyanat verib və bu da onları hiddətləndirib.

Qeyd edək ki, S.Zurabişvili ötən gün hazırda ölkədə qarşıdurmanın vaxtı olmadığını bildirib. Dövlət başçısı hamını gərginliyi azaldacaq qərar tapmağa çağırıb.

Gürcüstanda etirazlar noyabrın 14-də proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin parlamentdə qəbul edilməməsindən sonra başlayıb.


***12:32

Tbilisidə Gürcüstan prezidentinin Atoneli küçəsində yerləşən sarayı qarşısında aksiya keçirilir.

Yerli büromuz xəbər verir ki, aksiya iştirakçıları olan müxalif və ictimai fəallar sarayın darvazalarına simvolik olaraq qıfıllar asmağa cəhd ediblər.

Polis aksiyaçıların bu cəhdinin qarşısını alıb, tərəflər arasında qarşıdurma baş verib.

Aksiyaçılar prezident Salome Zurabişvilidən hakimiyyət və müxalifət arasında mediator olmağı tələb ediblər.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam