Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tbilisidə cinsi azlıq tərəfdarları ilə millətçilər arasında qarşıdurma zamanı 8 nəfər saxlanılıb -YENİLƏNİB

 

 

Tbilisidə cinsi azlıq tərəfdarları və millətçilər arasında baş vermiş qarşıdurma zamanı saxlanılanların sayı 8-ə çatıb.

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslər polisə tabe olmayıblar.

Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında vəziyyət gərgin olaraq qalır. Cinsi azlıq tərəfdarları ilə din xadimləri və millətçilər arasında polisin yaratdığı canlı səddi yarmaq üçün cəhdlər edilir.


***20:38

Tbilisidə Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında cinsi azlıq tərəfdarları ilə millətçilər arasında qarşıdurma baş verib.

Gürcüstan büromuz xəbər verir ki, LGBT nümayəndələri “Dövlət haradasan?” adlı aksiya keçirməyə cəhd ediblər.

Millətçilər və din xadimləri aksiyanın keçirilməsinə mane olub. Tərəflər arasında qarşıdurma baş verib.

Cinsi azlıq tərəfdarları hökumət rəsmilərini LGBT nümayəndələrinin 18-23 iyun tarixinə Tbilisidə planlaşdırdığı parad ətrafında yaranmış vəziyyətə münasibət bildirməyə çağırıb.

Əraziyə cəlb olunan çox sayda polis tərəflər arasında canlı sədd yaradıb. Aksiya zamanı 4 nəfər saxlanılıb.

Qeyd edək ki, Gürcüstan Patriarxlığı bu gün hökumətdən cinsi azlıqların paradının qarşısını almağı tələb edib.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam