Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müxalifət aramsız aksiyalara başlayır- Gürcüstanda

 

Gürcüstan müxalifəti aramsız aksiyalara başlayır
“Vahid milli hərəkat” partiyasının üzvü, “Güc birlikdədir” müxalif blokundan prezidentliyə namizəd olmuş Qriqol Vaşadze sabahdan etibarən Gürcüstanda genişmiqyaslı və aramsız etiraz aksyialarına başlayacaqlarını bəyan edib.
Yenixeber.org: "Sputnik Qruziya” xəbər verir ki, “Güc birlikdədir” müxalif bloku 28 noyabrdakı prezident seçkilərində səsvermənin nəticələrini tanımadıqlarını bildirərək, növbədənkənar parlament seçkiləri keçirilməsini tələb edib. 

“Biz artıq sabahdan etibarən aksiyalara başlayırıq və bir gün belə olsa aksiyalara ara verməyəcəyik. İndi məndən soruşmayın ki, bu nə aksiyası olacaq, çünki bu barədə tərəfdarlarımızı axşam məlumatlandıracağıq. Sabahdan isə Gürcüstan konstitusiyası və qanunvericiliyinə uyğun olaraq aramsız dinc aksiyalara başlayacağıq” – Vaşadze bu gün keçirdiyi brifinqdə vurğulayıb. 

Gürcüstanın Daxili İşlər Nazirliyindən isə bildiriblər ki, əgər qanun çərçivəsində olarsa, “Güc birlikdədir” müxalif hərəkatının aksiya keçirməsində problem görmürlər. 

Qeyd edək ki, ötən gün Gürcüstanın yeni – beşinci prezidenti Salome Zurabişvilinin inaqurasiyası zamanı seçkilərdə məğlub olmuş Vaşadzenin tərəfdarları maşın karvanları ilə mərasimin keçirildiyi Telavi şəhərinə yollanaraq dinc aksiya keçirməyə cəhd ediblər. Lakin polis onları şəhərin 30 kilometrliyində saxlayaraq ya piyada getməyi, ya da alternativ yollardan istifadəni məsləhət görüb. Nəticədə iğtişaş yaşanıb və aksiyaçılar kordonunu yararaq polis maşınlarına zərər vurublar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam